Telman Nüsrətoğlu: “Milli kadrların önünü açacaq islahatlara ehtiyac var”
13 İyul 2022 15:59 Siyasət"Bir tərəfdə qlobal və regional olaraq çox həssas geosiyasi proseslərin cəryan etdiyi bir dövrdə sadəcə öz ölkəmizin deyil Cənubi Qafqazın müstəqilliyinin möhkəmləndirilməsi, Türk dünyasının birliyinin dərinləşdirilməsi, Türkiyə ilə ortaq güc inşası istiqamətində intensiv siyasət aparan bir çox mənada kilid rola sahib olan Azərbaycan dövlətinə dərs vermək istəyən güclər var, o biri tərəfdə bilərəkdən vəya bilməyərəkdən düşman dəyirmanına su daşıyan, əməlləriylə müzəffər Ali Baş Komandanla onun fədakar qazisini qarşı qarşıya gətirən bəsirətsiz, cibgir, icra başçıları, bürokrat və məmurlar".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Türk İslam Araşdırmalar Mərkəzinin sədri Telman Nüsrətoğlu son vaxtlar müşahidə edilən qazi intiharları ilə bağlı məsələyə toxunarkən qeyd edib. Mərkəz sədri hesab edir ki, mövciud problemin həllinə nail olmaq üçün milli kadrların önünü açacaq islahatlar həyata keçirilməlidir: "İllərdir acizanə şəkildə dilə gətiririk, bu millətin dərdiylə dərdlənən, problemləri çözərək dövlətin yükünü azaldan, dövlətimizin şəfqətli üzünü vətəndaşına göstərən milli kadrların önünü açacaq islahatlara ehtiyac var".