Ağalıya ilk köçün tarixi MÜƏYYƏNLƏŞDİ
13 İyul 2022 14:39 Siyasətİşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.
Olaylar.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.
Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:
"Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31