Rusiyada Azərbaycanın diaspor rəhbərinə hücum oldu – “Qaçıb tapançanı götürdüm və...”
13 İyul 2022 12:22 SiyasətRusiya Federasiyasının Vorenej şəhərində Azərbaycan diasporunun sədrinə qarşı sui-qəsd olub.
Diaspora sədri Mehdi Mehdiyev şəhərdəki "Qafqaz" kafesinə yaxınlaşırkən bir neçə nəfər ona hücum edib.
Amma Mehdi Mehdiyev özünə itirməyib. O, yerli jurnalistlərə verdiyi açıqlamada bildirib ki, maşınına tərəf qaçaraq oradakı tapançasını götürüb, hücum edənlərə atəş açıb. Nəticədə hücum edənlər qaçıblar.
Mehdiyev onu da bildirib ki, hücum edənləri tanımır. Tapançanı gəzdirmək üçün isə rəsmi icazəsi var.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31