Aİ Azərbaycana minatəmizləmə üçün əlavə vəsait ayırıb - Toivo Klaar
11 İyul 2022 19:24 SiyasətAvropa İttifaqı (Aİ) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini dəstəkləmək üçün Azərbaycana əlavə 4,25 milyon avro ayırıb.
Olaylar.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.
"Şadam ki, Aİ ən böyük donor kimi "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin potensialının artırılması yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıtmasına dəstək" layihəsi çərçivəsində minaların təmizlənməsini dəstəkləmək üçün Azərbaycana əlavə 4,25 milyon avro ayırıb", - deyə T.Klaar bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31