İran Azərbaycana qarşı məzhəbsəl siyasi təzyiqlərə əl atır- POLİTOLOQ

"İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.  Bu xüsusda İran rəsmilərinin Yerevana səfəri və erməni rəsmiləri ilə danışıqlarda anti-Azərbaycan mövqeləri aydın görünür". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq  Məhəmməd Əsədullazadənin sözlərinə dörə, İranın regionda sülhün əldə edilməsini Türkiyənin bu regionda geostrateji mövqeyə sahib olunacağından, Ermənistanın İranla deyil, Türkiyənin təsir dairəsinə düşəcəyindən ciddi narahatdır. Ona görə də hər vəchlə həm Zəngəzur dəhlizinə qarşı çıxır, həm də Azərbaycana qarşı məzhəbsəl siyasi təzyiqlərə əl atır. Bu kontekstdə İran Azərbaycan və Türkiyəyə qarşı öz ərazisindən informasiya vasitələrindən istifadə edərək əks-təbligat işi aparır:

"Baş verənlərə rəğmən rəsmi Bakının hazırkı mövqeyi əlaqəlqərin zədələnməsi və inkişaf etdirilməsi durur. Xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri və Tehran rəsmlərinin Bakıya səfərləri qarşi tərəfdən qaynaqlanan problemə son verilməsinə gətirib çıxarmalıdır. Bundan əlavə, Ermənistanin atəşkəsi mütəmadi pozması və sülh danışıqlarından yayımasinda Tehranın rolunu istisna etmək olmaz. Azərbaycanın İrana qarşı bütün müsbət reveranslarina baxmayaraq Tehran Azərbaycanla məsafəli siyasət aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31