Diplomatlar Bakıya toplaşıblar
8 İyul 2022 15:00 SiyasətBakıda Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin iclası keçirilir. "Olaylar" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında bildirib."Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində bu gün işinə başlayan sessiyası çərçivəsində Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunacaq", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31