Böyük Britaniyanın yeni baş nazirinin seçiləcəyi vaxt açıqlandı
8 İyul 2022 12:56 SiyasətBöyük Britaniyanın Mühafizəkarlar Partiyası sentyabrın əvvəlində İcmalar Palatası yay tətilindən qayıdanda Boris Consonun yerinə yeni baş naziri seçməyi planlaşdırır.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "UNİAN"-ın məlumatına görə, Boris Consonun istefası barədə bəyanatı yeni partiya liderinin seçilməsi ilə bağlı daxili rəqabətə səbəb olub. Yarış planları bazar ertəsi "1922-ci il Komitəsi" adlanan iclasda təsdiqlənəcək.
Müsabiqə iki mərhələdə keçiriləcək. Birincidə mühafizəkar deputatlar uzun namizəd siyahısını iki dəfə azaldacaqlar. Bunun ardınca ölkə üzrə 100 min partiya üzvü arasında növbəti liderin müəyyən edilməsi üçün kampaniya keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31