Toponimiya Komissiyasının tərkibində dəyişiklik edildi
8 İyul 2022 12:05 SiyasətMilli Məclis yanında Toponimiya Komissiyasının tərkibində dəyişiklik edilir. Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb. "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" Milli Məclisin qərar layihəsinə əsasən, komissiyanın katibi vəzifəsinə yeni namizəd müəyyən edilib. Bu vəzifəyə İskəndərov Cavid Nizami oğlu gətirilir.
Qeyd edək ki, qüvvədə olan qərara əsasən, komissiyanın katibi Məmmədzadə Aqşin Təvəkkül oğlu idi. Layihə səsə qoyularaq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31