Yeni parlamentlərarası işçi qrupu yaradılır

Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu yaradılır. Olaylar  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarında dəyişikliklər layihəsinə əsasən, yeni formalaşdırılan Azərbaycan və Əlcəzair parlamentlərarası işçi qrupuna deputat Mahir Abbaszadənin rəhbərliyi təklif edilib.
 
Layihə səs qoyularaq qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31