Zelenski: “Bayden Ukraynaya səfər etmək istəyir, lakin “bəzi məqamlar” buna mane olur”
8 İyul 2022 12:55 Siyasət"ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək istəyir, lakin ona təhlükəsizliklə bağlı "müəyyən məqamlar" mane olur".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Gazeta.ru"-nun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
"Biz prezident Baydeni Ukraynada görmək istərdik. Onun bu fikri dəstəklədiyini eşitdim. Lakin belə bir ziyarətə mane olan bəzi təhlükəsizlik məqamları var və biz bunu anlayışla qarşılayırıq", - deyə Ukrayna lideri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31