Qərarlar parlamentdəki fikirlərin əksinə verilir - DEPUTAT

"Bizim Milli Məclisdə  səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır və ya tamamilə əksinə qərarlar verilir". Olaylar  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa deputatların fikirlərinin nəzərə alınmamasına etiraz edib: "Quru sərhədləri bağlandı, AZAL qiymətləri ilə bağlı burada fikir səsləndirdik, heç bir qərar verilmədi. İnsanlar çətin vəziyyətdə qalıblar, müalicəyə ehtiyacı olanlar bilet qiymətləri baha olduğuna görə xaricə gedə bilmirlər". 
 
Parlamentari bir müddət əvvəl məktəblərlə bağlı gedən müzakirələrin də nəticəsiz qaldığını vurğulayıb: "Cəmiyyət 1 sentyabrda tədrisin başlanmasını tələb edir. Mən də bu məsələni dəfələrlə səsləndirdim. Lakin inadla, israrla bu istiqamətdə addım atılmır. Mən başa düşə bilmirəm, bir qərar yalnış qəbul edilibsə, niyə düzəliş olunmasın? Kiminsə kefi və qərarı ilə qərar qəbul etmək insanları sıxıntıya salır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31