Bakı konfransı qarşıya qoyduğu məqsədlərə nail oldu
8 İyul 2022 11:47 SiyasətQoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında sədrlik Azərbaycana keçdi. Mənə Milli Məclisin sədri kimi bu yüksək etimadın göstərilməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirilməlidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlament sədri Sahibə Qafarova deyib. Sədr ötən həftə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında məlumat verib:
"Tədbirdə dünya ölkələrinjn 50-ə yaxın parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri, 15 ölkənin parlament sədri qatılmışdı.
Bakı konfransı başa çatdıqdan sonra iştirakçılar azad edilmiş əraziləri, Şuşa şəhərini ziyarət etdilər. Onlara viran qoyulmuş ərazilər, abidələr haqqında məlumat verildi, quruculuq işləri ilə tanış oldular. Qoşulmama hərəkatının Bakı konfransı qarşıya qoyduğu məsələlərə nail oldu".