G7 ölkələrinin XİN rəhbərləri G20-nin rəsmi şam yeməyinə qatılmadılar
8 İyul 2022 10:24 SiyasətG7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirləri Böyük İyirmilik (G20) qrupunun XİN başçılarının görüşü çərçivəsində rəsmi şam yeməyində iştirak etməyiblər.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bunu İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib. O, hadisənin səbəbləri barədə məlumat verməyib.
Yaponiya mətbuatının yaydığı məlumata görə, ölkənin xarici işlər naziri Yosimasa Hayaşi ziyafətdə iştirak etməyi "uyğunsuz hesab edib". Belə ki, oarada Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak etmə ehtimalı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31