Ermənistan cəmiyyətində hələ də revanşist fikirlər səsləndirən qruplar var - CEYHUN BAYRAMOV

Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edib. İndiyə kimi deməzdim ki, ciddi irəliləyiş olub.

Olaylar.az  bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan cəmiyyətində hələ də revanşist fikirlər səsləndirən qruplar var:

"Ümid edirik ki, Ermənistan siyasi rəhbərliyi reallıqları başa düşəcək. Regionda sülhün təmin etmək üçün beynəlxalq prinsiplərə əməl etmək lazımdır", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31