"Bu etirazlar regionun bütün ölkələrinə öz təsirini göstərəcək" - Politoloq Özbəkistanda baş verənləri şərh etdi
7 İyul 2022 12:09 Siyasət"Özbəkistanda iyul ayının əvvəllərində baş verən etirazlar son aylarda müxtəlif kontekstlərdə diqqət çəkən silsilə hadisələrə çevrilib".
Bunu politoloq Fərhad Məmmədov bildirib.
F.Məmmədov qeyd edib ki, iyulun 1 və 2-i tarixlərində Özbəkistanın Qaraqalpaq Respublikasında baş verənlər qeyri-sabitlik yaratmaq üçün uğursuz cəhddir.
"İyulun əvvəlində Özbəkistanda baş verən etirazlar son aylarda müxtəlif kontekstlərdə diqqəti cəlb edən hadisələrin bir hissəsidir", - deyən politoloq hesab edir ki, baş verənlər kortəbii proses deyil:
"İlk başıxdan elə təəssürat yaranır ki, Qaraqalpaqıstanda kortəbii mitinqlər başlayıb, sonra bu aksiyalar sabitliyi pozmaq və Özbəkistanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə çevrilib. Aksiyaların əvvəlində nümayişçilər Özbəkistan Respublikası Konstitusiyasının 70, 71, 72, 74, 75-ci maddələrinə Qaraqalpaqıstan Respublikasının statusu ilə bağlı təklif edilən dəyişikliklərə qarşı çıxıblar. Nəzərinizə çatdırım ki, bu, ölkənin əsas qanununun böyük islahatının sadəcə bir hissəsidir ki, bu da öz növbəsində prezident Şavkat Mirziyoyevin genişmiqyaslı islahatlarının tərkib hissəsidir. Lakin bir gün sonra etirazçılar dövlət qurumlarının dağıdılmasına, silah-sursat ələ keçirmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlara və Qaraqalpaqıstan Respublikasının Özbəkistandan çıxarılmasına çağıran çıxışlara keçiblər".
F.Məmmədov deyir ki, proseslərin belə inkişafı ona ilin əvvəlində Qazaxıstanda baş verən hadisələri xatırladır:
"Heç kimə sirr deyil ki, hər bir regionun həssas nöqtələri var. Mərkəzi Asiyada həssas nöqtələr sərhəd mübahisələri, su məsələləri, ölkə liderləri arasında münasibətlərin əsas əhəmiyyət kəsb etdiyi fərdiləşdirilmiş siyasi sistemdir. Mirziyoyev Özbəkistanda hakimiyyətə gəldikdən sonra ölkə təcriddən çıxdı, xarici investorlar üçün açıq elan edildi, fəal xarici siyasət həyata keçirilməyə başlandı ki, bunun da bariz nümunəsi Türk Dövlətləri Təşkilatına daxil olmaqdır. Şavkat Mirziyoyevin təşəbbüsü ilə region ölkələrinin liderlərinin zirvə görüşləri bərpa olundu, sərhədlərin müəyyənləşdirilməsi məsələləri həll olunmağa başladı, çoxsaylı 5+1 formatları formalaşdı. Burada +1 rolunda Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya kimi ölkələr çıxış etdi.
Yəni, qarşılıqlı fəaliyyət formatını məhz region seçib və bu, kənardan tətbiq edilməyib. Beləliklə, konstruktiv bərabərlik əsasında münasibətlər sistemi formalaşır ki, burada region ölkələri münaqişələr vasitəsilə xarici aktyorların regiona təsir imkanları yaradan potensial münaqişə məsələlərini neytrallaşdırır".
Politoloq xatırlatdı ki, Özbəkistan Mərkəzi Asiyada yeganə ölkədir ki, regionun bütün ölkələri ilə həmsərhəddir. Buna görə də F.Məmmədov qeyd edib ki, Özbəkistanda sabitliyi pozmaq cəhdi regionun bütün ölkələrinə öz təsirini göstərəcək:
"Sabitliyi pozmaq üçün seçim özünəməxsus tarixi olan, ərazisi böyük olan və ölkənin ən seyrək məskunlaşdığı bölgə olan Qaraqalpaqıstanın üzərinə düşür. Regionun Aral dənizi bölgəsinin problemləri və bunun yaratdığı işsizliklə bağlı obyektiv çətinlikləri var. Mirziyoyev etiraz probleminin həllində çeviklik nümayiş etdirdi. O, iki dəfə Nukusda oldu, ağsaqqallarla, Cokarqi Keneş deputatları ilə görüşlər keçirdi, əhali ilə söhbət etdi. Görüşlər zamanı Mirziyoyev qeyd edib ki, əgər qaraqalpaq xalqı özü istəməsə, Qaraqalpaqstan Respublikası ilə bağlı Konstitusiyaya bir dənə də olsun düzəliş qəbul edilməyəcək və bununla da etirazın siyasi məzmunu gündəmdən çıxarılacaq. Qeyd edək ki, son 5 ildə regionun yerli büdcəsinə bir milyard dollara yaxın vəsait yönəldilib. İşsizlik probleminin həlli üçün müəssisələrin, kənd təsərrüfatı klasterlərinin yaradılması stimullaşdırılır, infrastruktur layihələri həyata keçirilir. Aral dənizinin quruyan hissəsində milyonlarla ağac əkilir. Aral dənizi regionunun flora və faunasının bərpası, ekosisteminin bərpası və davamlı sosial-iqtisadi inkişafı üçün beşillik milli proqram hazırlanır. Yəni, region sovet dövründən mövcud olan depressiya vəziyyətindən çıxır. Məhz işin nəticələri Özbəkistan rəhbərinə kənardan təşkil edilən problemə operativ reaksiya verməyə və həll etməyə imkan verir. Özbəkistanın rəhbərliyi çağırışa cavab vermək üçün siyasi iradəyə, resurslara və ən əsası legitimliyə malik olduğunu nümayiş etdirir".
Sfera.az