Bayden Əfqanıstanı xüsusi statusdan məhrum etmək istəyir

ABŞ Prezidenti Co Bayden Konqresə Əfqanıstanı Vaşinqtonun Şimali Atlantika Alyansı xaricində əsas müttəfiqi statusundan məhrum etmək niyyətində olduğunu bildirib.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bu barədə müvafiq bəyanatı çərşənbə günü Ağ Evin mətbuat xidməti yayıb.

Məlumatda Baydenin Əfqanıstanı NATO-dan kənar əsas müttəfiqlər sırasından çıxarmaq niyyətində olduğu açıqlanır.

"Taliban" hərəkatı ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini oradan çıxarmaq qərarını elan etməsindən sonra Əfqanıstana nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də radikallar döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31