Ermənistanın tarixi-mədəni abidələrə qarşı soyqırım siyasəti

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan əraziləri, şəhər və kəndlərimizdəki ictimai iaşə obyektləri, yaşayış binalarını nəinki dağıdıb xarabalığa çevirib, eyni zamanda Qarabağda yerləşən mədəni-tarixi abidələri də viran qoyub, onları imkan qədər özününküləşdirməyə çalışıb. Bunu bacarmadıqda isə həmin tarixi abidələri yer üzündən silmək, onları xarabalığa çevirmək kimi iyrənc siyasət həyata keçirilib.

Yaxın tariximizə nəər yetirsək aydın şəkildə görərik ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, onun yer üzündən silinməsi prosesinə 90-cı illərdən sonra başlanıldı. Və bu proses Qarabağ münaqişə meydana gələndən sonra geniş vüsət almağa başladı. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, vandal qonşularımız təkcə işğal etdikləri Qarabağ ərazisində deyil, eyni zamanda tarixi Azərbaycan torpaqlarında, bu günkü Ermənistan dövlətinin yerləşdiyi İrəvanda yerləşən və bizə xas olan tarixi abidələri məhv etməyə başladılar. Bu sırada İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı vandallığı, soyqırımı qeyd etmək yerinə düşər. Ermənistan dövləti sözün əsl mənasında həmin tarixi-mədəni irsə qarşı soyqırımı prosesi həyata keçirib, onu yer üzündən silmək məqsədlərini qarşıya qoyub. Məlumat üçün onu da qeyd edik ki, Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən Ermənistanın Təpəbaşı məhəlləsinə qarşı həyata keçirdiyi soyqırım siyasəti ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Qeyd edək ki, paralel olaraq eyni mənfi tendesiya işğala məruz qalan şəhər və rayonlarımızda həyata keçirildi. Qədim yaşayış məskənlərindən sayılan Ağız mağarasını erməni vandalizmi yer üzündən silməyə çalışdı, bəzi hallarda bu tarixi abidənin ermənilərə xas olması barədə cəfəng, tarixi saxtalaşdıran uydurmalar ortalığa atıldı. Şuşadakı Gövhər ağa məscidi,  yüz illərin tarixi abidəsi sayılan Şuşa məscidi erməni vandallığının qurbanına çevrilərək tamamilə bərbad vəziyyətə salındı.

Eyni ilə Ağdamda tarizimizin məhv edilməsi siyasəti, vandallığı işğalın hökm sürdüyü 30 ilə yaxın müddətdə davam etdirildi. Qarabağın gözü sayılan və Pənahəli xanın adını daşıyan tarixi abidə büsbütün dağıdıldı, erməni separatçıları, terrorçularının sığınacaq yerinə çevrildi. Yaxud bu gün az qala həftədə bir neçə dəfə ziyarət etmək bəhanəsi ilə Xudavəng monastrina gələnlərin törəmələri, nəsilləri idi ki, 30 il müddətində bu monastrı baxımsız vəziyyətdə saxlayıb onun tarixdən yox olmasına çalışmışdılar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin qısa müddətdə burada təmir-bərpa işləri aparmasından sonra sözügedən ibadət məkanın sanki ermənilər üçün müqəddəsliyi artmış olub. Halbuki işğal dövründə Xudavəng baxımsızlıq ucbatından və erməni xisləti səbəbindən sahibsiz heyvanların yığınaq yerinə çevrilmişdi.

Qeyd etdiyimiz kimi Azərbaycanın  bir qrup tarixiçiləri və elm xadimləri İrəvanda erməni vandallığının qurbanı olmuş Təpəbaşı tarixi-mədəni abidəsi ilə bağlı YUNESKO-ya müraciət edib. Öz-özlüyündə gözəl təşəbbüs və erməni vandallığını dünya miqyasında ifşa etmək baxımından atılmış məqsədyönlü addım olsa da, lakin qarşı tərəfin tarixi-mədəni abidələr terrorçusu olan Ermənistana qarşı hər hansı bir addım atacağı və azərbaycanlı elm adamlarının müraciətləri əsasında ciddi araşdırma aparıb obyektiv qərar qəbul edəcəyi şübhə doğurur. Çünki istər Vətən müharibəsindən sonra, istərsə də ondan əvvəl Azərbaycan dəfələrlə adıçəkilən təşkilata oxşar müraciətlər edib. Lakin rəsmi Bakının haqlı tələbi qarşısında ermənipərəsət mövqe, erməni maraqlarını müdafiə etmək mərəzi hər zaman üstün olub. 44 günlük Vətən müharuibəsindən sonra YUNESKO-nun tarixi-mədəni abidələrimizə qarşı gəlib erməni vandallığını öz gözü ilə görmək çağırışına müsbət reaksiya verilməyib. Görünür  bu kimi yanaşma, əsas etibarilə tarixi-mədəni abidələri mühafizə missiyasını yerinə yetirməlki olan YUNESKO-nun elə həmin abidələrə biganə münasibəti erməni vandallığının davam etməsinə rəvac verir. Necə ki, cəzasızlıq sindromu 2020-ci ilin sentyabr ayına qədər erməni işğalının davam etməsinə şərait yaradırdı.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31