Cənubi Koreya prezidenti: “İstənilən hərbi təxribata dərhal cavab veriləcək”
6 İyul 2022 13:14 SiyasətCənubi Koreya Prezidenti Yun Sok Yol ordu komandanlığına Şimali Koreyadan gələn istənilən hərbi təxribata dərhal və qəti cavab verməyi əmr edib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Yonhap" bildirir ki, Cənubi Koreya prezidenti deyib: "Silahlı qüvvələrin missiyası nəyin bahasına olursa-olsun insanların həyatını, əmlakını, ərazisini və suverenliyini qorumaqdır və bunun üçün ölkə rəhbərliyi qətiyyətli olduğunu nümayiş etdirməlidir."
Yun Sok Yol həmçinin əlavə edib ki, ölkəsinə qarşı istənilən təxribat ABŞ-la sıx koordinasiya şəraitində güclü və vahid cavabla qarşılanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31