Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açması yalandır
5 İyul 2022 13:33 Siyasət"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil".
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır", deyə MN-in məlumatında vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31