“Özbəkistanda baş verənlər xaricdən idarə olunur”-politoloq

"Özbəkistanda Qaraqalpakstan Muxtar Respublikasinda   baş verənlər Rusiya tərəfindən qızışdırilan etiraz aksiyalarıdır. Mərkəzi Asiya geopolitik qarşıdurma məkanına çevrilir və baş verənlər hazırda xaricdən idarə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Özbəkistan hakimiyyətinin belə bir etiraz aksiyalarını dağıtmaq təcrübəsi var: "Fərqanə də Özbəkistan təhlükəsizlik qüvvələri tərəfindən etirazların odlu silahla yatırilması yaxın tarixdə baş verib. Etiraz genişlənsə, silahlı qarşıdurmanın baş verməsi mümkündür.  Özbəkistanin apardığı siyasət Rusiyanı narahat edir. Azərbaycan Özbəkistanda siyasi sabitliyin bərqərar olmasında maraqlıdır. Bu region Azerbaycan üçün strateji əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31