Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Olaylar.az-ın məlumatına görə, bu gün səhər Tehrana səfər edən C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında rəsmi qarşılayıb.

Daha sonra da nazirlər iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31