ABŞ Baş Qərargah rəisindən MÜHÜM AÇIQLAMA

ABŞ Baş Qərargah rəisi Mark Milleyin Çinlə bağlı son açıqlaması diqqət çəkib.

O, sözügedən ölkənin Tayvana hücum etmək qabiliyyətini açıq şəkildə təkmilləşdirdiyini söyləyib. Qısa müddətdə hücum ehtimalını görmədiklərini deyən Milley vəziyyəti yaxından izlədiklərini qeyd edib.

Olaylar.az xəbər verir ki, Sfera.az-ın  BBC-yə  istinadən  məlumatına  görə   qərargah rəisi sözlərinə bu cür ifadə edib: "Prezident Xi Jinping əvvəlki çıxışlarında Çin Xalq Azadlıq Ordusuna Tayvana hücum etmək qabiliyyətinə nail olmağı əmr etmişdi. Onların hücum edib-etməyəcəyi siyasi qərardır. Çin faydalarını, zərərlərini və xərclərini araşdıraraq buna qərar verəcək. Lakin qısa müddət üçün heç bir hücum əlaməti görmürük. Bölgəni çox yaxın izləyirik".

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev rəhbəri Co Bayden mümkün Çin işğalında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31