Avropa İttifaqına sədrlik Çexiyaya verildi
1 İyul 2022 12:41 SiyasətOlaylar.az xəbər verir ki, iyulun 1-dən Çexiya Avropa Birliyinə sədrliyi Fransadan təhvil alıb.
Çexiyanın prioritetləri arasında ilk növbədə Ukraynanı dəstəkləmək və ölkəyə daha çox iqtisadi və hərbi yardım göstərilməsini təmin etməkdir.
Aİ-də Ukraynaya silah və texnikanın verilməsində ən çox dəstək verən ölkələr sırasında olan Çexiya Ukraynanın yenidən qurulmasına üstünlük verəcək.
Təxminən 350 min ukraynalı qəbul edən Çexiya, qaçqın böhranının təsirləri ilə bağlı ən çox zərər çəkən ölkələrə yardıma üstünlük verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31