Jirinovskinin partiyasından maraqlı təklif: ““Z” və “V” hərfləri avtomobil nömrələrinə vurulsun”

Rusiyada avtomobil nömrələrində latın hərfləri olan "Z" və "V"dən istifadə edilməsi təklif edilib.

Belə bir təkliflə Liberal Demokrat Partiyasının (LDP) deputatları parlamentdə çıxış ediblər. LDP-nin deputatları hesab edir ki, avtomobil nömrələrində "Z" və "V" hərflərindən istifadə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına vətəndaş dəstəyini gücləndirəcək.

Qeyd edək ki, LDP partiyasının keçmiş sədri bir müddət öncə dünyasını dəyişən Vladimir Jrinovski olub. O, ultrasağçı və şovinist mövqeyi ilə seçilirdi. Jrinovskinin ölməsinə baxmayaraq partiyası onun siyasi xəttini davam etdirir.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31