Vilayət Eyvazov Goranboyun rəisini işdən ÇIXARDI
1 İyul 2022 12:08 SiyasətGoranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31