Din pərdəsi adı altında şeytanla əməkdaşlıq
1 İyul 2022 12:38 SiyasətAzərbaycanın qonşular sarıdan o qədər də bəxti gətirməyib deyə bilərik. Biri müstəqilliyin ilk illərində ərazilərimizi işğal edərək 30 il şəhər və rayonlarımızda vandallıqlar törədib, yeraltı və yerüstü sərvətlərimizi mənimsəyib, biri bu işğalın baş tutmasında işğalçıya hərbi dəstək verib, bir digəri isə işğalçının daha da azğınlaşması, daha yeni-yeni təcavüzlərə əl atması məqsədilə onu bəsləyib, himayə edib. Yeri gəldikdə isə işğalçı ilə birlikdə Azərbaycanın BMT çərçivəsində tanınan sərhədlərini pozaraq Qarabağda biznes qurub, qeyri-qanuni fəaliyyətlə məşğul olub. Baxmayaraq ki, dinimizdə, müqəddəs kitab olan Qurani-Kərimdə zalımla həmrəy olmaq ən böyük günah sayılıb.
Bəli, söhbət təkcə region deyil, eləcə də dünyanın qara yarası sayılan, elə özü də qaraya bürünən İrandan gedir. O İrandan ki, İslam İnqilabından sonra dövlət idarəçiliyinin müxtəlif qurumlarına sızmış, yerləşmiş ayrı-ayrı şəxslər asanlıqla Tehranın daxili və xarici siyasətinə müdaxilə edərək onu yaxın qonşuları ilə incik sala, münasibətləri gərginləşdirə bilirlər. Necə ki, zaman-zaman buna cəhd edilib. Bir qayda olaraq hədəflərə tam mənada nail olunmasa da, ancaq müəyyən qədər Azərbaycanda qarışıqlıq yaratmaq, gərginliyi artırmaq planları nisbətən reallaşıb. Məlum Nardaran olaylar, Gəncə terroru və. s bu kimi hadisələr fonunda həmin mənfi tendensiyanın şahidi olmuşuq. Təəssüfedici məqam ondan ibarətdir ki, Bakı Tehrana qarşı nə dərəcədə səmimi və normal qonşuluq münasibətlərindən yanaşsa da, İslam Respublikası öz din qardaşına qarşı bir o qədər azğın, məkirli görünür. Bu azğınlığı, məkiri yaşadığımız günlərdə də müşahidə edirik. Plan eyni, Azərbaycanda gərginlik yaradıb, dövlətçiliyi sarsıltmaq, burada dini dövlət qurmaq olsa da, ssenari bir qədər fərqli yazılıb. Daha dəqiq desək bu dəfəki ssenarinin daha drammatik və savaş halında cərəyan etməsi üçün İranın dil dəllalları yeni bir şey uydurublar. Guya Azərbaycanda Allahı hansısa məmur təhqir edib.
Göründüyü kimi din pərdəsi adı altında Allaha xidmət etdikləri iddiasında olub, reallıqda isə şeytanla əməkdaşlığa gedən, bu əməkdaşlığı İslama, dinə qarşı çevirənlər yenə iş başındadırlar.
Son günlər Azərbaycanda "Allahın hüquqlarının müdafiə hərəkatı" adlı qurumun yaradılması barədə yayılan xəbərlər də həmin məkirli planlardan biridir. Sözügedən absurd quruma da rəhbərlik edən yenə Azərbaycan dövlətçiliyinə qarşı düşmən kəsilən Taleh Bağırzadədir. İddia olunur ki, Azərbaycanda hansısa məmur Allahı söyüb. Ancaq əllərində fakt yoxdur. Audio və ya video material yoxdur ki, ortaya qoysunlar. Sübuta yetirsinlər. İkincisi, kimsə, hansısa məmur Allahı təhqir edibsə, təbii ki, günahı da onun özünündür. Ona görə Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti nə üçün məsuliyyət daşımalıdır? Bəs qapı arasında qalan kimi din, vicdan, söz azadlığından danışırsınız? İndi hansısa məmur (təbii ki, belə bir hal ortada yoxdur) Allahı təhqir edibsə, o zaman Azərbaycanı hədəf seçib dövlətçilik əleyhinə fəaliyyətə rəvac verməlisiniz. Digər tərəfdən, Allah özü hər bir şəxsin mükafatını da verir, cəzasını da. Onu təhqir edəni də O özü cəzalandıracaq. Yəni, Allah o qədər aciz durumamı düşdü sizin kimi beyinsizlər, terrorçular, separatçıların müdafiəsinə möhtac qaldı. Əgər Allahın hüquqlarını müdafiə etmək niyyətiniz səmimidirsə, o zaman 30 il işğal altında qalan Azərbaycanın şəhər və rayonlarındakı Allahın evləri, məscidlərimiz vandallığa məruz qalanda, erməni donuzlarının axuruna çevriləndə niyə səsiniz çıxmırdı? Həmin məkanlar da Allahın evi deyildimi? Bunun özü Allahsızlıq deyilmi? Yoxsa Ermənistandan belə bir tələb etməyə cəsarətiniz çatmırdı? Təbii ki, yox. Çünki İranın din dəllalları, İranın separatizm və terrora dəstək verən mollaları Sizi Azərbaycan əleyhinə şəbəkələşdirirdi. Ermənistana qarşı yox. Nədən? Çünki İran da Azərbaycan ərazilərinin işğal altında qalmasından Ermənistan qədər faydalanırdı. Elə ona görə də Azərbaycan 44 günlük müharibədə öz ərazilərini işğaldan azad edərkən 2 dövlətin ciddi narahatçılığı, hətta Roma papasından daha çox katolik olduğunu gördük. Fransa və İran. Fransanı başa düşmək olar, ermənilərin ikinci vətənidir. Bir sözlə sizin fəaliyyətiniz "Allahın hüquqlarının müdafiə hərəkatı" adı altında əslində Allahsızlıqdır.
İranın Azərbaycan ərazilərini işğaldan azad etməsinə olan ciddi etirazi, hətta Tehranın Bakı ilə müharibəyə hazırlaşmaq istəyi sırf 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsi nəticəsində cənub qonşumuzun həmin ərazilərdə bu illər ərzində həyata keçirdiyi cinayətin üzə çıxması ilə bağlı idi. Belə ki, Qarabağın işğaldan azad edilməsi ilə İranın narkotik ticarətinə ciddi zərbə vurmuş oldu. Ərazilərimizi narkotik plantasiyalarına çevirən Ermənistan onun digər ölkələrə daşınmasında İrandan tranzit ölkə kimi istifadə edirdi. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi isə İranın milyonlarla dollar zərərə düşməsi demək idi. Eyni zamanda İran işğal altında olan ərazilərdə ötən illərdə bir sıra istiqamətlər üzrə qanunsuz fəaliyyətlər göstərib. İndi Tehran üçün həmin fəaliyyətlər də bloklanıb. Ona görə də İran, xüsusilə bu dövləti idarə edən dəllal mollalar zaman-zaman Azərbaycanı hədəf alıb onu zəiflətməyə çalışırlar.
Məhəmməd