Qriqoryanın ofisindən Azərbaycanla razılıq barədə xəbərə münasibət

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi Ermənistanın Azərbaycanla Zəngəzur vasitəsilə avtomobil yolunun marşrutu ilə bağlı razılığa gəldiyinə dair yayılan məlumatları şərh etməkdən imtina edib.

Bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb.

"Adı açıqlanmayan mənbələrin verdiyi informasiyalara münasibət bildirməyi düzgün hesab etmirik", - deyə məlumatda qeyd olunub.

Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib. Məlumata görə, avtomobil yolu Ermənistan tərəfindən Araz çayı boyunca keçəcək.

"Qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən keçmiş sovet yollarından istifadə olunacaq", - deyə mənbə söyləyib.

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31