Azərbaycan Prezidenti: "Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik"
30 İyun 2022 11:28 SiyasətQoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı.
Bu barədə iyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.
"Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik", - deyə dövlətimizin başçısı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31