Prezident İlham Əliyev: Zəngəzur dəhlizi artıq reallığa çevrilir
29 İyun 2022 18:36 SiyasətZəngəzur dəhlizi artıq reallığa çevrilir.
Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31