Prezident Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edir
29 İyun 2022 16:20 Siyasətİyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirildi.
Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31