Sərhədlərini genişləndirmək istəyən ermənilərin aqibəti
29 İyun 2022 13:52 Siyasət"Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə dövlətimizin və millətimizin qazandığı qələbə təkcə tarixi torpaqlarımızda yaradılmış indiki Ermənistan Respublikasına deyil, həm daşnak Ermənistanına, həm sovet Ermənistanına, həm də bütün dünya erməniliyinə və uydurma erməni ideologiyasına vurulan sarsıdıcı zərbədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımovun sözlərinə görə, qazandığımız qələbənin miqyasının böyüklüyünü bilmək üçün tarixdən bir misalı xatırlamağı faydalı olardı: "Daşnaksütyun Partiyasının 1947-ci il sentyabrın 16-dan oktyabrın 26-dək Misirin paytaxtı Qahirədə keçirilən XIV qurultayında ermənilərin SSRİ-yə köçürülməsinə dair 6 bənddən ibarət qəbul edilən direktivin ikinci bəndində yazılırdı ki, "repatriasiya" "erməni məsələsi"nin digər tərəflərinin uğurlu həlli zərurəti ilə bağlıdır. Üçüncü bənddə yazılırdı ki, kütləvi "repatriasiya", xüsusən erməni torpaqlarının azad edilməsi və Ermənistan sərhədlərinin genişləndirilməsi ilə əlaqədardır. Qeyd edim ki, direktivdə "repatriasiya" ifadəsinin işlədilməsi tarixi gerçəkliyi düzgün əks etdirmirdi, çünki Ermənistana gətirilən ermənilər Ermənistanda doğulmamış, oranı heç görməmişdilər də. Aralarındakı ideoloji fərqlərə baxmayaraq, ermənilərin xaricdən gətirilməsində erməni daşnakları və kommunistləri eyni mövqedə idilər. Uzun illər keçəndən sonra onların bu iyrənc siyasətinin nəticəsi nə oldu?
Nətcəsini bilməkdən ötrü dövlət başçımızın Kəlbəcərdə komando hissəsinin açılışında etdiyi çıxışındakı aşağıdakı fikirləri oxumaq əhəmiyyətlidir: "Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq." Yaranışından bəri ermənilər heç vaxt belə bir zərbə almayıblar. Ancaq deyəsən, hələ də ağıllanmayıblar. Görünür, Kəlbəcər dağlarında ucaldılan "Dəmir yumruq" bu dəfə başlarına İrəvanda dəyəcək..."