Solovyov Azərbaycandan üzr istədi - VİDEO

Rusiyanın tanınmış aparıcısı Vladimir Solovyov qarabağdakı terrorçu-separatçı rejimin mənsubu David Babayanla müsahibəyə görə birbaşa efirdə Azərbaycandan üzr istəyib.

V.Solovyov etiraf edib ki, Babayanla müsahibə Rusiya-Azərbaycan münasibətlərinə zərbə ola bilər.

Fəqət o, yenə qarabağlı erməniləri "münaqişə tərəfi" adlandırıb.

Problem V.Solovyovun açıqlamasında balansı pozmasında yox, onun terrorçu Babayanı Rusiyanın federal efirinə dəvət etməsidir.

Ümid edirik ki, V.Solovyov bu kobud səhvini təkrarlamayacaq.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31