“Bu təsdiqlənsə, Trampı dəhşətli günlər gözləyir…” – O, bunu bilirmiş?

2021-ci ilin 6 Yanvar tarixində ABŞ Konqresinə basqın zamanı Donald Trampın tərəfdarlarının Konqres binasına yönlənərkən silahlı olduqlarını bildiyi iddia edilir.

Ağ Evin sabiq işçisi olan Kassidi Hatçinson Trampın o zaman  silahlı qarşıdurma və şiddət olacağanı bildiyini ifadə edib. Hatçinson silahlı tərəfdarların Gizli Xidmət tərəfindən quraşdırılmış detektorlarda tutulmasından sonra Trampın  təhlükəsizlik maneələrinin aradan qaldırılmasını əmr etdiyini diqqətə  çatdırıb.

Donald Tramp isə tərəfdarlarının onu sadəcə olaraq, müdafiə etmək üçün Konqres binası ətrafında olduqlarını bildirib.

Qeyd olunur ki, məlumat təsdiqini taparsa, bu, Tramp üçün dəhşətli nəticələrə gətirib çıxaracaq.

Xatırladaq ki, sözügedən konqres basqınına qədərki müddətdə Prezident seçkilərini Co Baydenə uduzan Donald Tramp nəticələrin oğurlandığını iddia edib, lakin buna sübut təqdim edə bilməyib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31