"Milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar" - Sabir Rüstəmxanlı
29 İyun 2022 11:48 SiyasətATƏT-in Minsk Qrupu Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır". Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı danışıb. Deputat qeyd edib ki, Minsk qrupunun üzvləri işğal dövründə dəfələrlə Qarabağda olublar: "Bizim getməyə imkanımız olmayan yerləri onlar görüblər. Ermənilərin orada törətdiyi vəhşiliklərin şahidi olublar. Bununla belə cinayəti görüb susublar. Ona görə biz Minsk Qrupunu beynəlxalq məhkəməyə verməliyik". S.Rüstəmxanlı onu da əlavə edib ki, milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar: "Onlar Qarabağ üçün pul xərcləmirlərsə, nə əhəmiyyəti var?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31