Daha bir deputata vəzifə verildi
29 İyun 2022 11:34 SiyasətAzərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib. Olaylar xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" qərarda əksini tapıb.
Qərara əsasən, deputat Tamam Cəfərova Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib. Qərar layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31