Prezident İlham Əliyev Türkmənistana səfər edib
29 İyun 2022 10:08 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31