"Seyid cəddinə arxayın olan kimi, biz də…” - Siyavuş Novruzov
28 İyun 2022 12:07 Siyasət"Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir: "Qurumlar büdcədən ayrılan vəsaiti müəyyən qədər qənaətlə xərcləməlidir. Naxçıvana aviabiletlərin qiyməti də qalxıb. Mənə elə gəlir, həmin sahəyə müvəqqəti vəsait ayrılsa, insanlar əziyyət çəkməz. O vaxta qədər quru yolu açılar və biz Naxçıvana birbaşa gedərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31