Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara təşəkkür edib - FOTO

 

 

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Selçuk və Haluk Bayraktara təşəkkür edib.

 APA  xəbər verir ki,  Andrey Yermak bu barədə "Twitter"də bildirib.

"Hər bir ukraynalı üçün "Bayraktar" əyilməz Ukrayna xalqının qələbəsinin simvoluna çevriləcək bir əfsanədir.3 ədəd Bayraktar  TB2" PUA-nı Ukraynaya pulsuz təhvil vermək qərarına görə "BaykarTech"ə, Selçuk Bayraktara və Haluk Bayraktara minnətdarıq", - Yermak bildirib.

Öz növbəsində Ukrayna XİN də "BaykarTech"ə təşəkkür edib. Bu barədə məlumat Ukrayna XİN-in "Twitter" səhifəsində türk dilində yayılıb.

 

  •  
  •  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31