“Laçın şəhəri Azərbaycana qaytarılacaq” - PAŞİNYAN
27 İyun 2022 23:48 Siyasət"Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq".
Olaylar.az azpost.info-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında bəyan edib.
Paşinyanın sözlərinə görə, yeni marşrut Üçtərəfli Bəyanatda əks olunub. Baş nazir bildirib ki, yeni çəkilən yolun rus sülhməramlılarının nəzarətində olması üçün Rusiya ilə müzakirələr aparırlar.
Paşinyan deyib ki, Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər yaşayış evləri ilə təmin olunacaq.
Hazırda Laçından yan keçən yeni yol Azərbaycan tərəfindən çəkilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31