Azərbaycan, Qazaxstan və Türkiyə əməkdaşlığını inkişaf etdirmək adına bir çox işlər aparılır - Çavuşoğlu
27 İyun 2022 11:58 SiyasətAzərbaycan, Qazaxstan və Türkiyə olaraq əməkdaşlıqlarımızı inkişaf etdirmək adına bir çox sahələrdə işlər aparılır.
Olaylar.az bildirir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan, Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, dünyada baş verən hadisələr fonunda əməkdaşlığımız əhəmiyyətli rola sahibdir.
"Nəqliyyat sahəsində inkişaf bölgədə rifaha səbəb olacaq. Zəngəzur dəhlizinin tezliklə açılmasını gözləyirik. Bölgədə sülh və rifahın olması istiqamətində olan düşüncəmizi bu gün burada - Azərbaycanda bir daha sərgiləyirik", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31