Azərbaycan,Qazaxıstan və Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub

"Bakı bəyənnaməsi"nin əməkdaşlığımızın irəli aparılmasında və böyük layihələrin ərsəyə gəlməsində böyük töhfəsi olacaq.

Olaylar.az bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, növbəti iclasın Qazaxıstanda keçirilməsi üçün razılığ əldə edilib.

"Əldə etdiyimiz nəticələr ölkələrimizdə və daha geniş coğrafiyada sülh və əmin-amanlığa xidmət edəcək",- deyə C.Bayramov bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31