Hazırda Azərbaycan-Qazaxıstan-Türkiyə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir - Ceyhun Bayramov - FOTO

Hazırda qlobal təhlüksizlik sabitliyə və iqtisadi inkişafa qarşı artan təhlükələr fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.

Olaylar.az bildirir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan,Qazaxıstan,Türkiyənin Xarici İşlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı zamanı deyib.

Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərinin nəzərdən keçirilməsi olduqca aktualdır.

"Ümid edirik ki bugünki görüş ölkələrimiz arasındakı əməkdaşlığa, birliyə öz töhfəsini verəcək. Azərbaycan-Qazaxıstan-Türkiyə arasında keçirilən bu görüş Azərbaycanın xarici siyasət konsepsiyasına uyğundur", -deyə C.Bayramov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31