Yalçın Topçu Azərbaycanı təbrik edib

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Olaylar.az  xəbər verir ki, bu barədə Y.Topçu telekonfrans vasitəsilə edilən çıxışında deyib.

"Azərbaycanın müzəffər ordusunun 26 İyun - Silahlı Qüvvələr Günü mübarək olsun.

Biz Azərbaycan və Ermənistanın sülh addımlarını dəstəkləyirik və regionun təhlükəsizliyi və rifahı naminə hər sahədə həmrəyliyimizi möhkəmləndirməyə davam edirik", - deyə Y.Topçu bildirib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31