Ordu ölkənin gücünü göstərən  meyarlardan birid

Artıq ikinci ildir ki, Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur.Bunu Olaylar-a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Ordumuzun hər zaman daha gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır.

2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərcləri daha 13.2 faiz artırılaraq 5 milyard 84 milyon manata çatdırılır. Bu yeni dəyişikliklər ilə müdafiə xərclərinə 594 milyon manat əlavə edilməsi deməkdir. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsi xərclərinin 60 faizi qədərdir. Bu ölkənin regional gücünü göstərən müqayisəli meyarlardan biridir. Savaşın başa çatmasına baxmayaraq yerləşdiyimiz həssas region müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Təbii ki, yalnız bütün region ölkələrinin bir-birlərinin ərazi bütövlüyünü tanıması bölgə üçün dayanıqlı sülh gətirə bilər. Bu sülhün qarantı da məhz güclü Azərbaycan ordusu olacaq.

Bir daha, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31