Gəncədə Qafqaz İslam Ordusuna aid abidə açılacaq
26 İyun 2022 09:43 SiyasətGəncədə Qafqaz İslam Ordusuna aid abidənin açılış mərasimi keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Tvitter hesabında bildirib.
"11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidləri üçün Səfirliyimizin nəzarəti və iş adamlarının dəstəyi ilə Şah Abbas Məscidinin qarşısında Şəhidlər Memorialı inşa edilib. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik" - deyə diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31