Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib
24 İyun 2022 18:29 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvlərinin sıyahısında dəyişiklik olub.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında" sərəncamında edilən dəyişikliklə bağlı sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibinə daxil olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri ilə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31