Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Olaylar.az bildirir ki, Sərəncama əsasən, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 2754 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- Altıncı abzas ləğv edilsin.

- Dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31