Qazaxıstana getmək istəyənlərin NƏZƏRİNƏ!

İyulun 7-dən etibarən Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Nur-Sultan - Aktobe - Bakı və geriyə reyslərə başlayır.

Bu barədə Olaylar.az Qazaxıstanın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Məlumata əsasən aviareyslər həftədə iki dəfə, cümə axşamı və bazar günü yerinə yetiriləcək. Biletlərin qiyməti 74 658 tənqədən (160 ABŞ dolları) başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31