TürkPA TDPA ilə əvəzləndi
24 İyun 2022 14:31 SiyasətQırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb. İclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib. "Olaylar" xəbər verir ki, iclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir: "Bu, tarixi hadisədir". Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31