İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir
23 İyun 2022 15:51 SiyasətTehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.
Bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.
Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.
Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəzrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31